“Tesla” bunu edərsə, bağlayarıq - Mask

21 Mart 2021 17:16

"Tesla" avtomobilləri Çin və ya başqa bir yerdə casusluq üçün istifadə edilərsə, şirkəti bağlayarıq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu çinli iş adamlarına müraciətində "Tesla"nın rəhbəri İlon Mask deyib.

O, şirkətin Çində casusluq etməsi barədə iddiaları rədd edib.

Qeyd edək ki, Çin hökuməti təhlükəsizlik baxımından narahatlıq doğurduğu üçün hərbi müəssisələrdə bu şirkətin avtomobillərindən istifadəyə qadağa qoyub.

Milli.Az