Türkiyəli aktrisa Bensu Soral ötən il vəfat edən əfsanəvi basketbolçu Kobe Brayantın rəsmini çəkib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "RIP Black Mamba" adı verdiyi əsərini onlayn hərracda satışa çıxarıb.
Aktrisanın çəkdiyi rəsm böyük marağa səbəb olub.
Qeyd edək ki, 2020-ci il yanvarın 27-də helikopter güclü dumana görə Kaliforniya əyalətinin Kalabas bölgəsində qəzaya uğramışdı. Hadisə nəticəsində basketbolçu ilə yanaşı 13 yaşlı qızı Cianna Mariya da həlak olmuşdu.
Milli.Az