Qonca Vuslateri yeni serialda

21 Mart 2021 18:28

Türkiyəli aktrisa Qonca Vuslateri yeni layihədə yer alacaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa hazırlıqlarına başlanılan "Memorial" serialının baş rolunu canlandıracaq.

Ekran işində Şəmsi İnkaya, Bülənt Emin Yarar, Meral Çetinkaya, Dəniz Bolışık, Sevcan Yaşar kimi aktyorlar da yer alır.

Milli.Az