Onlar da ayrıldılar

21 Mart 2021 18:07

Türkiyənin məşhur cütlüyü Rıza Kocaoğlu ilə Hazal Subaşı ayrılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Çukur" serialında birgə rol aldıqdan sonra eşq yaşayan sevgililər fikir ayrılığı yaşadıqları üçün bu qərarı alıblar.

Yollarını ayıran məşhurlar sosial şəbəkələrdə biri-birilərini izləməyə davam edirlər.

Qeyd edək ki, Rıza Kocaoğlu 25 yaşlı aktrisadan 18 yaş böyükdür.

Milli.Az