Son sutka ərzində Almaniyada yeni növ koronavirusa (COVİD-19) 13 733 yoluxma halı aşkarlanıb, 99 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat yayıb.
Ümumilikdə pandemiya başlanandan indiyə qədər Almaniyada 2 659 516 nəfər koronavirusa yoluxub, 74 664 nəfər ölüb.
Milli.Az