Bakı-Şamaxı yolunda "Lexus" aşdı - FOTO

21 Mart 2021 10:39

Bakı-Şamaxı avtomobil  yolunda xəsarətlə nətiəclənən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Unikal.org-a istinadən bildirir ki, qəza magistralın 85-ci kilometrliyində Qobustan rayonu ərazisində qeydə alınıb. Belə ki, "Lexus" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin idarəetməsinin itirərək yol kənarına aşırıb. Hadisə nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az