Ər və arvad üç saat fərqlə koronavirusdan öldü

21 Mart 2021 09:14

Türkiyənin Aydın şəhərində koronavirusa yoluxan ər və arvad üç saat fərqlə ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, cütlük bir müddət əvvəl koronavirusa yoluxduğunu öyrənib və bundan sonra xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Yılmaz Karınca, ondan üç saat sonra isə arvadı Meral Karınca ölüb.

Milli.Az