Beren Saat bunu ilk dəfə edəcək - FOTO

20 Mart 2021 21:32

Ötən gün aktrisa Beren Saatla həyat yoldaşı Kenan Doğulu sərgilərdən birindən çıxarkən görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, jurnalistlərlə ayaqüstü söhbət edən aktrisa ilk dəfə çıxaracağı albomundan danışıb:

"Kənan mahnılarımı əla şəkildə aranjıman etdirib. Ümid edirəm ki, bu albom arzuladığımdan da gözəl olacaq. Buna görə də çox həyəcanlıyam"- deyə Beren bildirib.

Milli.Az