Tovuzda qəzada 2 nəfər xəsarət alıb - FOTO

20 Mart 2021 20:47

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2110" markalı minik maşını ilə "Changan" markalı minik maşını toqquşub. Qəza zamanı 2  nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Milli.Az