"Milan"ın gözü xorvatiyalı futbolçuda

20 Mart 2021 18:18

"Milan" SSKA-nın futbolçusu Nikola Vlaşiçi transfer etmək niyyətindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi artıq qarşı tərəflə bu məsələ ilə bağlı təmasda olub. A seriya klubu 23 yaşlı yarımmüdafiəçinin keçidini rəsmiləşdirərsə, onun üçün SSKA-ya 30 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Vlaşiçi bu mövsüm 27 matça çıxaraq, 11 qol vurub və 6 qolun ötürməsini verib.

Milli.Az