Kemal Sunalın oğlu xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır

20 Mart 2021 18:04

Koronavirusa yoluxan aktyor Ali Sunal xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Covid-19 testi pozitiv çıxan sənətçi əvvəlcə evdə müalicə almağa çalışıb. Ötən gün isə onun səhhəti ağırlaşıb.

Qeyd edək ki, Sunal bir müddət əvvəl qayınana və qayınatasının virusa yoluxduğunu demişdi.

Milli.Az