"Bavariya"nın və Polşa millisinin oyunçusu Robert Levandovski yığmanın İngiltərə ilə matçında iştirak edə bilməyəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Hasan Salihamidziç danışıb. O, koronavirusa görə İngiltərədən qayıdan şəxslərə qoyulan məhdudiyyətlər səbəbindən Bundesliqa təmsilçisinin 32 yaşlı hücumçunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İngiltərə - Polşa görüşü üçün buraxa bilməyəcəyini deyib.
Qeyd edək ki, İngiltərə - Polşa matçı martın 31-i Londonda oynanılacaq. Levandovski martın 25-də Macarıstan, 27-də isə Andorra ilə görüşlərdə iştirak edə biləcək.
Milli.Az