ABŞ-da bir gündə koronavirusdan 1445 nəfər öldü

20 Mart 2021 17:13

Ötən sutka ərzində ABŞ-da 61 413 nəfər yeni növ koronavirusa (COVİD1-9) yoluxub, 1445 nəfər ölüb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Con Hipkins Universiteti məlumat yayıb.

Bununla da ABŞ-da indiyə qədər COVİD-19-a yoluxanların sayı 29 730 639 nəfərə, ölənlərin sayı 541 145 nəfərə çatıb.

Milli.Az