Vətən müharibəsində xəsarət alanların əlilliyi necə qiymətləndirilir? - VİDEO

20 Mart 2021 16:42

Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular aidiyyəti qurumların təmsil olunduğu komissiya tərəfindən ziyarət olunmaqla, əyani müayinələr əsasında əlilliklərinin qiymətləndirilməsi işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görö, prosesin operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə yerinə yetirilməsi diqqətdə saxlanır.

Bəs bu proses necə həyata keçirilir?

Bu barədə Nazirlik tərəfindən hazırlanmış videoçarxda ətraflı məlumat verilir:

Milli.Az