Koronavirus qorxusundan depressiyaya düşüb, evə qapandı

20 Mart 2021 15:42

Depressiyaya düşməyimin səbəbi evə qapanmağımız olmadı. Qorxurdum. Youtube-da videolara baxırdım, dünyada vəziyyətin necə pis olduğunu görürdüm. Bilirsiz ki, mən yaxınlarımı itirdim, ağır günlər keçirdim. Pandemiya da üstünə gəldi. Panik-atak xəstəliyi tapdım. Qardaşımın yoldaşı virusa yoluxdu, ağır idi. Gözümüzün qabağında boğulurdu. Ondan da qorxdum.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Space" radioda qonaq olarkən deyib. Müğənni aylardır efirə çıxmamasının səbəbini açıqlayıb. O bildirib ki, karantin, koronavirus qorxusundan depressiyaya düşüb.

N.Ələsgərli son vaxtlar təyyarəyə minmədiyini etiraf edib:

"Təyyarədən qorxuram, ona görə də heç bir yerə getmirəm. Azərbaycanda doyunca olmurdum, toy dəvətlərindən başqa ildə iki-üç dəfə xaricə istirahətə gedirdim. Elə olub 17 saat uşmuşam. Bir dəfə təyyarə qəza halına gəldi. Qorxudan dilim tutuldu. Ondan sonra da bir neçə dəfə uçmuşam. Çıldağa getdim, dodağım uçuqladı".

Milli.Az