"Kırmızı oda"da növbəti ayrılıq - FOTO

20 Mart 2021 14:49

"TV8" telekanalında yayımlanan "Kırmızı oda" serialında növbəti ayrılıq yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində "Kumru" obrazını canlandıra aktrisa Aslıhan Gürbüz 29-cu bölümdə izləyicilərə vida edib.

Qeyd edək ki, aktrisa serialda ögey atası tərəfindən təcavüzə məruz qalan və həyat yoldaşı tərəfindən satılan qadın obrazına həyat verirdi.

Milli.Az