Türkiyə İstanbul Konvensiyasından çıxıb

20 Mart 2021 13:15

Türkiyə Avropa Şurasının qadınlara münasibətdə zorakılığa və ailədə zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasından çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı sərəncamı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, İstanbul Konvensiyası 11 may 2011-ci ildə Avropa Şurasına üzv 8 dövlət tərəfindən imzalanıb. Türkiyə 10 may 2012-ci ildə konvensiyanı ratifikasiya edən ilk dövlət olub. Daha sonra 33 dövlət sənədi ratifikasiya edib.

Ancaq son dövrlər gender məsələsi ilə əlaqədar sənədlə bağlı tənqidlər səsləndirilib.

Türkiyə Vitse-prezidenti Fuad Oktay bildirib ki, ölkədə qadınların hüquqlarının müdafiəsi davam edəcək: "Bizim milli dəyərlərimiz qorunmaqla  Türk qadınını durumunun cəmiyyətimizdə layiq olduğu vəziyyətə çatması üçün mübarizəmiz davam edəcək. Xaricdən bunun üçün dərman axtarmağa ehtiyac yoxdur. Məsələnin həlli milli adət və ənələrimizdədir".

Milli.Az