Braziliyada səkkiz aylıq hamilə qadın dəhşətli cinayətin qurbanı olub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Hürriyet" yazıb.
Cinayətdə şübhəli bilinən qadın hamilə qadının qarnını yararaq uşağı götürüb. Bundan sonra xəstəxanaya müraciət edərək uşaq dünyaya gətirdiyini bildirib. Lakin xəstəxanada aparılan testlər qadının hamiləlik yaşamadığını göstərib.
Cinayəti törətdiyi bıçaqlar çantasından çıxan qadın saxlanılıb.
Milli.Az