Gürcüstanda koronavirusdan ölənlərin sayı 3 691 nəfərə çatıb

20 Mart 2021 11:33

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  422 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  277 218 nəfərə, ölənlərin sayı isə 3 691 nəfərə çatıb.

Virusa yoluxanlardan 269 784 nəfərin sağaldığı bildirilir.

Milli.Az