Suriyada kimyəvi silahdan hücum hazırlanır - Rusiya MN

20 Mart 2021 09:10

"Suriyanın İdlib əyalətinin şimal-şərqində "Hayat Tahrir aş-Şam" terror qruplaşması zəhərli maddələrdən istifadə etməklə təxribatlar hazırlayır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin komandan müavini kontr-admiral Aleksandr Karpov bildirib.

Onun sözlərinə görə, terrorçular Suriya hökumət qüvvələrini mülki insanlara qarşı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq üçün Kitian kəndi ərazisində kimyəvi hücum təşkil etməyi planlaşdırırlar.

Milli.Az