15 erməninin qalıqları Ermənistana verildi

19 Mart 2021 18:15

Bu gün Martuni rayonundakı Qırmızı Bazar və Şəhər kəndləri arasındakı yolayırıcında erməni tərəfinə 2-ci Qarabağ Müharibəsində həlak olmuş 15 erməninin qalıqları təhvil verilib.

Milli.Az bildirir ki, erməni hərbçilərin qalıqları Füzuli rayonunda aşkarlanıb.

2020-ci ilin noyabrın 13-dən bəri işğaldan azad edilmiş ərazilərdə 1518 erməni cəsədi və ya cəsəd qalıqları aşkarlananaraq erməni tərəfə təhvil verilib.

Milli.Az