Bakı metrosu iyun ayının 1-dək işləməyəcək

19 Mart 2021 16:15

Bakı metrosu iyun ayının 1-dək işləməyəcək.

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Bakıda metropolitenin fəaliyyəti iyun ayının 1-dək dayandırılır.

Qeyd edək ki, Nazirlər Kabineti digər qərarı ilə bayram günlərində ictimai nəqliyyatın fəaliyyətini qadağan edib.

Qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Milli.Az