Anasını öldürdü, meyiti divanın altında gizlətdi

19 Mart 2021 17:17

38 yaşlı Murmansk sakini polisə anasının itkin düşməsi ilə bağlı məlumat verməsindən sonra araşdırma başlanılıb.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, təhqiqat şok nəticələr üzə çıxarıb. Bəlli olub ki, oğlu anasını öldürdükdən sonra meyidi müxtəlif hissələrə bölüb. Sonra onları divanın altında gizlədib. Maraqlıdır ki, cinayətkar özü də polislə birgə axtarış tədbirlərində iştirak edirmiş.

Qadının evində şübhəli heç nə tapılmayıb. Lakin qonşular bildiriblər ki, evdə tez-tez ana ilə oğul arasında mübahisə və davalar yaşanırdı. Şübhəlini polis idarəsinə aparıblar, orada isə qətli törətdiyini etiraf edib.

Kamran
Milli.Az