Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal uğrunda mübarizə aparacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milliləşən legioner buna təsəlliverici görüşdə qələbə qazanmaqla nail olub.
86 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz medal uğrunda qarşılaşmaya vəsiqəni Hovannes Mxitaryanla mübarizədə qazanıb. Güləşçimiz Ermənistandan olan rəqibini 8:5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün millimizin daha dörd güləşçisi mükafat uğrunda görüşə çıxacaq.
Milli.Az