"Eurovision" mahnımız 1 milyonu keçdi - VİDEO

19 Mart 2021 15:19

"Eurovision" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Efendinin "Marta Hari" ilk uğurunu qazanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mahnının klipinin izlənmə sayı "Youtube"da 1 milyonu keçib. Samirə klipini izləyən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, mahnı müsabiqəsi Rotterdamda "Ahoy Rotterdam" konsert zalında mayın 18-dən 22-nə kimi keçiriləcək.

Milli.Az