Facebook-da prezident ölümlə hədələnir
28 Aprel 2010 11:40
"Associated Press" agentliyinin məlumatına görə, prezidentə ünvanlanmış hədədə deyilir: "Tadiç, zirehli "Mersedes" sizə kömək etməyəcək! Maşının qapısını açan zaman artıq snayper sizi gözləyəcək".
Serbiya Prokurorluğu hədənin ciddi qəbul edilməsinin vacibliyini açıqlayıb. Müvafiq qurumlar artıq araşdırmaya başlayıb. Serbiyanın Daxili İşlər Nazirliyi Facebook administrasiyasına müraciət edərək, müraciətin yerləşdirildiyi İP ünvanı istəyəcək.
Milli.Az