UFC çempionu Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt özünün tvitter hesabında yazıb.
"O, 100 faiz rəsmən təqaüdçüdür. Sizin necə işlədiyinizi izləmək inanılmaz idi. Hər şey üçün təşəkkür edirəm. Gələcəkdən zövq al, dostum", - deyə Uayt qeyd edib.
Qeyd edək ki, Həbib peşəkar karyerasında keçirdiyi 29-cu döyüş olub. o, həmin görüşlərin hər birində qələbə qazanıb.
Milli.Az