Gürcüstanda son sutkada koronavirusa 360 yoluxma qeydə alınıb

19 Mart 2021 12:19

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 360 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 276 796, xəstəlikdən ölənlərin sayı isə 3 683 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 269 626 nəfərin sağaldığı bildirilir.

Milli.Az