Ramiz Hüseynzadə anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib

19 Mart 2021 10:43

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını bildirib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

"Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi".

Milli.Az