Həftənin ən yaxşı futbolçusu adına 4 namizəd

19 Mart 2021 11:09

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda Mislav Orşiç ("Dinamo" Zaqreb) Jerar Moreno ("Vilyarreal"), Borxa Mayoral ("Roma") və David Neres ("Ayaks) yer alıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Milli.Az