Akademik İlya Meçnikovun sağlamlıq ELİKSİRİ

5 Aprel 2021 20:55

Məşhur immunoloq, Nobel mükafatı laureatı, akademik İlya Meçnikov yaşlanmadan öncə gənclik və sağlamlıq üçün çalışmağın vacib olduğunu bildirmiş və bunun üçün xüsusi reseptlər təqdim etmişdir.

Milli.Az xəbər verir ki, insan orqanizminin vaxtsız qocalma nəzəriyyəsini aşkara çıxaran Meçnikov bunun səbəbini orqanizmin kolibakteriya-toksinləri ilə zəhərlənməsinin nəticəsi olduğunu irəli sürmüşdür.

Zərərli düşmən bakteriyalar bağırsaq mühitində çoxalarsa, orqanizmdə daim çürümə və zibillik yaranır.

Bu proseslər demensiya, beynin zəifləməsi, damarların dağılması, daxili orqan xəstəlikləri, immundefisit yaradır.

Meçnikov 20 il ərzində Rusiya və Avropada ən uzunömürlü insanların həyat tərzi və qidalanmasını öyrənib araşdırıb.

100 yaşını keçmiş daha çox insan Bolqarıstanda idi. Bu fenomeni Meçnikov bağırsaq mikroflorasının vəziyyəti ilə əlaqələndirib. Bolqarlar çox miqdarda milli qidaları olan südlü kisel kimi yoqurt yeyirdilər.

Alim qeyd edir ki, faydalı bağırsaq bakteriyaları zülalı amin turşularına parçalayır, bağırsaqda qıcqırma və çürümənin qarşısını alır.

Bu araşdırmalardan sonra Meçnikovun Gənclik eliksiri - "Meçnikov kefiri" adlanan möcüzəvi resept meydana çıxdı.

O, çox güclü immun stimullaşdırıcı və qocalmaya qarşı idi.

B qrup vitaminləri, A, C, aminturşuları ilə zəngin idi.

Necə hazırlanır:

Təbii südü qaynadıb, 40 dərəcəyə kimi soyudun
Sonra bura təbii maya əlavə edin - bir litr südə 2 çay qaşığı
Qabı qapaqla bağlayıb, isti odeyala büküb isti yerdə saxlayın
7-8 saatdan sonra hazır məhsulu soyuducuya qoya bilərsiz
2 sutka ərzində yeyilib bitirilməlidir

Bu, bir növ nənələrimizin qatıq qoymaq proseduruna bənzəyir. Sadəcə qatıq üçün maya təbii, orijinal olmalıdır. /medicina.az

Milli.Az