Paşinyanın planı İŞƏ YARAMADI: Vazgen imtina etdi...

18 Mart 2021 22:33

Ermənistan müxalifətinin birləşdiyi "Vətənin xilası hərəkatı" növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu hərəkatın lideri Vazgen Manukyan deyib.

"Nikol Paşinyanın dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Mən bu seçkidə iştirak etməyəcəyəm", - deyə müxalifətin baş nazir postuna namizədi bəyan edib.

Bundan əlavə, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da rəhbərlik etdiyi Erməni Milli Konqresinin növbədənkənar seçkilərə qatılmayacağını elan edib. O, indiki reallıqda erkən seçkidən imtina etdiklərini vurğulayıb.

Milli.Az