Bir aylıq körpənin ölümünə sünnət səbəb olub? – Ailəsi danışdı

18 Mart 2021 21:31

Sabirabadın Külkəndi kəndində bədbəxt hadisə baş verib. Bir aylıq Necati Əmrə ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsindən şifahi olaraq bildirilib ki, xəstə ötən gün saat 16:30 radələrində şöbəyə gətirilib.

Lakin şöbəyə gətirilən zaman körpə çoxdan keçinmiş olub.

Bu gün bir sıra KİV-də körpənin sünnət olduqdan sonra güclü qanaxma səbəbi ilə öldüyü haqqında məlumat yayılıb.

Amma körpənin valideynləri bu məlumatın əsassız olduğunu deyiblər.

Milli.Az