Müəllimlərin sertifikasiyası ləngiyir - Təhsil naziri

18 Mart 2021 18:17

Hazırda davam edən pandemiya müəllimlərin sertifikasiyasını ləngidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, pandemiyadan sonra bu işə başlanılacaq.

E.Əmrullayev qeyd edib ki, sertifikasiyanın qəfildən deyil, müəyyən ardıcıllıqla aparılması nəzərdə tutulur.

Milli.Az