Həbs edillən cəmiyyət sədrinin yerinə Prezident İlham Əliyevdən YENİ TƏYİNAT

18 Mart 2021 14:06

Prezident İlham Əliyev E.S.Məmmədovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Emin Səlhab oğlu Məmmədov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin".

Xatırladaq ki, "Azərxalça"nın keçmiş sədri Vidadi Muradov külli miqdarda mənimsəməyə görə vəzifəsindən azad edilərək həbs edilib. 

Milli.Az