Azərbaycanda müəllim koronavirusdan öldü - FOTO

18 Mart 2021 13:59

Azərbaycan müəllim koronavirusdan vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bakıda yerləşən R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu gün COVID-19-dan ölüb.

Xatırladaq ki, dünən yayılan rəsmi məlumatlarda koronavirusa yoluxma səbəbindən 39 saylı tam orta məktəbin fəaliyyətini distant formada davam etdirəcəyi bildirilib.

Məlumatda həmin məktəbdə 2 müəllim, bir direktor müavini və bir texniki işçinin COVID-19 testinin müsbət çıxdığı qeyd edilib.

Milli.Az