Rəmişin səhhətində yenilik varmı?

18 Mart 2021 12:01

Həyat yoldaşı Güllü Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti ilə bağlı danışıb.

Milli.Az xəbər verir ki, axşam.az açıqlamasında o bildirib ki, gitara ifaçısı reanimasiyadan palataya buraxılıb:

"Həkimlər müalicəsini davam etdirirlər. İndi palatada olduğu üçün yanına girə bilirəm. Bütün günü yatır. Mən də tez ayağa qalxmasını gözləyirəm".

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, serroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər problemindən əziyyət çəkir.

Milli.Az