Vətən müharibəsində xüsusi rəşadət göstərərək şəhid olan hərbi qulluqçu Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yeni mənzil C.Dövlətzadənin ailəsinə təqdim edilib.
Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid C.Dövlətzadə Vətən müharibəsində ermənilərin bir general və 2 polkovnikini təkbaşına məhv etdikdən sonra qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Milli.Az