"Üç köynəyim və bir qabım var idi"

18 Mart 2021 12:29

ABŞ-ın 44-cü prezidenti Barak Obama şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Obama müsahibələrindən birində həyat yoldaşı Mişellə tanış olan zaman maddi vəziyyətinin aşağı olduğunu, lakin bunun onu narahat etmədiyini bildirib:

"Biz tanış olanda Mişelin bahalı avtomobili var idi. Bir gün məni əyləncə mərkəzlərindən birinə dəvət etdi. Orada onun digər gənc dostları da var idi. Mən isə geyimimlə onlardan çox fərqlənirdim. Əynimdə mənə böyük olan idman tərzli gödəkcə var idi. Onu endirimli mağazalardan birindən almışdım. Sadə və qiyməti ucuz mənzildə qalırdım. Üç köynəyim və bir qabım var idi. Evdəki mebelləri isə küçədən toplamışdım". 

Milli.Az