Virusa yoluxan aktyorun vəziyyəti ağırdır

18 Mart 2021 09:50

Məşhur aktyor Emre Kınayın səhhəti pisləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl "Ramo" serialına qatılan Emre orada koronavirusa yoluxub.

Test nəticələri müsbət çıxan aktyor təcili olaraq karantinə alınıb. Hazırda Kınay xəstəliyi çətin keçirir və bədənində şiddətli ağrılar var. Həkimlər aktyorun səhhətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, o, serialda Hurdacı Şerif obrazına həyat verirdi.

Milli.Az