Bakının bitməyən nəqliyyat problemi və ya avtobuslarda koronavirus təhlükəsi - VİDEO

18 Mart 2021 12:46

Bakıda ictimai nəqliyyat sərnişin yükünü qaldırmaqda aciz qalıb. Avtobuslarda sözün əsl mənasında koronavirus da unudulub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, elə marşrutlar var ki, eyni anda 100-dən artıq adam minir. Əksər sərnişinlər isə avtobuslar dolu olduğu üçün dayanacaqlarda saatlarla gözləməli olurlar. Bəziləri isə əlavə ödəniş edib həyatlarını çoxu qanunsuz işləyən manatlıq taksi sürücülərinə əmanət edirlər. Daşıyıcı şirkətlər isə pik saatlarda sərnişin sayı artdığı üçün xəttə ehtiyat avtobuslar  buraxmırlar.

Sürücülər deyir ki, pik saatlarda daşıyıcı şirkətlər intervalı azaltmır. Üstəlik, bu saatlarda sərnişin yükünü qaldırmaq üçün ehtiyat avtobuslar da xətlərə buraxılmır.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənməyə çalışdıq. Ancaq qurum bu məsələyə münasibət bildirmədi.

Milli.Az