Braziliyada koronavirusdan sutkalıq ölüm sayı rekord həddə çatdı

18 Mart 2021 08:18

Braziliyada koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb.

Bu barədə RT məlumat yayıb.

Ölkədə ötən sutka ərzində 2841 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin sayı 282127-ə çatıb.

Ölkədə son sutkada 83926 yeni yoluxma qeydə alınıb.

Milli.Az