Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təsdiqləndi

17 Mart 2021 21:11

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

-1-ci maddədə "2021" rəqəmləri "2022" rəqəmləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilsin:

"2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.".

Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Milli.Az