Türkiyədə fəlakət yaşanır - Onlarla ev külə çevrildi - VİDEO

17 Mart 2021 17:58

Türkiyənin Artvin vilayətindəki Dərəiçi kəndində irimiqyaslı yanğın baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, taxtadan tikilmiş evdə başlayan alov küləyin təsiri ilə sürətlə digər evlərə yayılıb. İndiyə qədər 50-yə qədər ev sıradan çıxıb.Hazırda yanğın davam edir. Bölgəyə çox sayda xilasedici cəlb edilib. Tələfat barədə məlumat yoxdur.

Milli.Az