Jurnalistlər Xocavəndin Tuğ kəndində Müqəddəs İohann kilsəsi ilə tanış olublar

17 Mart 2021 17:44

İşğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Tuğ kəndində Müqəddəs İohann kilsəsi ilə tanış olublar.

Milli.Az APA-ya istinadən bildirir ki, 13-cü əsrdə inşa edilən kilsə sovet dövründə klub kimi fəaliyyət göstərib. İşğal illərində isə ermənilər tərəfindən bərpa adı ilə saxtalaşdırılaraq onu erməniləşdirməyə çalıblar.

Qeyd edək ki, Müqəddəs İohann kilsəsinin həyətində Dizaq məlikliyinin məlikləri dəfn edilib.

Milli.Az