"Putinlə bir-birimizi başa düşürük" - Bayden

17 Mart 2021 17:39

ABŞ prezidenti Co Bayden Rusiya ilə münasibətlərdən danışıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Bayden Putinlə anlaşa bildiklərini söyləyib.

"Putinlə bir-birimizi başa düşürük. Bununla belə Rusiya ABŞ-dakı seçkiləri müdaxilə məsələsinə görə cavab verməlidir", - deyə Bayden bəyan edib.

Milli.Az