Baş nazir doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi

17 Mart 2021 13:24

Baş nazir "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edilməsi haqqında" qərar imzalayıb.

Milli.Az bildirir ki, qərara əsasən, STANAG beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

İndiyə qədər IELTS, TOEFL, TestDaF, DELF, DALF malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.

Milli.Az