Karantin qaydaları bu şəxslərə şamil olunmaycaq - Türkiyədə qaydalar dəyişir

17 Mart 2021 11:53

Türkiyənin Səhiyyə Nazirliyi karantin qaydalarında dəyişiklik edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, karantin qadağaları koronavirusa yoluxduğu təsdiq olunan və 2-ci doza peyvəndi qəbul edən şəxslərə şamil edilməyəcək. Onlar 3 ay müddətində sərbəst hərəkət edə biləcək.

Bu qayda koronavirusun mutasiyaya uğramış yeni növünə yoluxan şəxslərə və daim koronavirus xəstələri ilə təmasda olan tibb işçilərinə şamil edilmir.

Milli.Az