Rusiyada terror aktı planlaşdıran İŞİD-çilər saxlanıldılar

17 Mart 2021 13:45

Rusiyanın Adıgey Respublikasında terror aktı planlaşdıran İŞİD tərəfdarı saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Saxlanılan şəxsin Orta Asiya respublikalarından birinin vətəndaşı olduğu bildirilib.

O, ticarət mərkəzində partlayış törətməyə hazırlaşdığını etiraf edib.

Saxlanılan şəxsin evində əldə qayırma partlayıcı qurğunun komponentləri İŞİD bayrağı aşkarlanıb.

Milli.Az