Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

17 Mart 2021 12:56

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  382 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 276 067, ölənlərin sayı isə 3 665 nəfərə çatıb.

Virusa yoluxanlardan 269 006 nəfərin sağaldığı bildirilir.

Milli.Az